Ucnoqta.az
www.ucnoqta.az

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb

18:00 - 9 Sentyabr 2024 tarixində dərc olunub.

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə Digah yaşayış massivində qeydə alınıb.

Belə ki, nəzarətsiz qalan 2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Bu zaman qoruyucu kəmər uşağın boğazına sıxılıb. Köməksiz vəziyyərdə qalan körpə boğularaq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası