Ucnoqta.az
www.ucnoqta.az

Siyəzəndə qardaş 28 yaşlı bacısını qətlə yetirib

23:20 - 24 Avqust 2024 tarixində dərc olunub.

Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası