Ucnoqta.az
www.ucnoqta.az

İdmançımız yarımfinalda məğlub oldu 

21:03 - 6 Avqust 2024 tarixində dərc olunub.

Yay Olimpiya Oyunlarının güləş yarışlarında 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov növbəti görüşünə çıxıb.

Ucnoqta.az xəbər verir ki, idmançımız yarımfinalda qazaxıstanlı Demeu Zadrayevlə qarşılaşıb.

Rəqibinə 6:1 hesabı ilə məğlub olan güləşçimiz finala vəsiqə qazana bilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası