Ucnoqta.az
www.ucnoqta.az

Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq - İlham Əliyev

09:55 - 14 İyul 2024 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı keçirilən sui-qəsd cəhdinə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sosial mediada paylaşım edib.

Paylaşımda deyilir:

“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.

Müəllif: Ucnoqta.az redaksiyası