Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" "Napoli"yə, "Portu" "Arsenal"a qarşı - CL-də bu gün

19:14 - 21 Fevral 2024 tarixində dərc olunub.

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları çərçivəsində bu gün son iki görüş keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, “Portu” “Draqau” stadionunda “Arsenal”ı qəbul edəcək. “Barselona” isə İtaliyada “Dieqo Maradona” stadionunda “Napoli”nin qonağı olacaq.

Bu cütlər arasında cavab oyunları mart ayının 12-də keçiriləcək.

21 fevral

00:00. “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Sərdar Gözübüyük (Niderland).
Portu, “Draqau” stadionu.

00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Neapol, “Dieqo Maradona” stadionu.

Müəllif: Ucnoqta.az redaksiyası