Ucnoqta.az
www.ucnoqta.az

Sərhəddə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

11:15 - 30 Noyabr 2023 tarixində dərc olunub.

Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası ilə məşğul olan komissiyalarının iclası başlayıb.

Ucnoqta.az xəbər verir ki, məlumatı Sputnik Ermənistan-a ER baş nazirinin müavini Mher Qriqoryanın ofisindən veriblər.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.

Müəllif: Ucnoqta.az redaksiyası