Anar Allahverənov beynəlxalq axtarışa verildi

09:51 - 14 Sentyabr 2017 - Xəbər

Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürən azərbaycanlı beynəlxalq axtarışa verilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Anar Allahverənov barəsində həmçinin qiyabi həbs qərarı verilib. Avqustun 22-də federal axtarışa verilən Xabarovsk diyar sakini A.Allahverənovu hələ ki, yaxalamaq mümkün olmayıb. Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçyov arasında Xabarovskun "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçyov xəstəxanada keçinib, A.Allahverənov isə hadisə yerindən qaçıb.

Xəbər xətti