"Bakı Metropoliteni balacaları bu il də unutmayıb. 15 sentyabrda, Bilik Günündə məktəblilərimizlə yenə görüşüb hədiyyələrimizi verəcəyik. İlk görüşümüz saat 11:00-da "28 may"" stansiyasında olacaq".
Ucnoqta.az xəbər verir ki, bu barədə milli.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib: Şöbə rəsinin sözlərinə görə, hədiyyələr aşağı sinif şagirdləri üçün nəzərdə tutulub:
"Aşağı sinif şagirdlərinə yaşından asılı olmayaraq hədiyyə veriləcək. Təəssüf ki, məhdudiyyət hədiyyələrin sayı ilə bağlıdır. Belə bizim yalnız 200-ə yaxın hədiyyəmiz olacaq. Ona görə də, kimlər ki, deyilən vaxtda "28 May" stansiyasında olsa, hədiyyələr onlara da qismət olacaq"