Bərdədə zəhərlənənlər xəstəxanadan evə buraxılıb

15:53 - 8 Sentyabr 2017 - Xəbər

Bərdədə qidadan zəhərlənənlərin hamısı evə buraxılıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, ötən axşam Bərdə şəhər sakini 42 yaşlı Qarayev Azər Camal oğlu,  33 yaşlı Ağayeva Aytən Fərman qızı, 39 yaşlı Əsgərova Gülnarə Fərhad qızı, 49 yaşlı Raqubov Azad Camal oğlu, rayonun Nazırlı kənd sakinləri -  1991-ci il təvəllüdlü Qarayeva Həcər Tofiq qızı, 1980-ci il təvəllüdlü Qarayev Asim Camal oğlu zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onlara müvafiq tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, zəhərlənən şəxslərin vəziyyəti normallaşıb və onlar bu gün evə buraxılıblar.
Qeyd edək ki, sentyabrın 7-də Bərdə rayonunun Yeni Daşkənd kəndindəki restoranların birindən rayon sakinləri olan 7 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Xəbər xətti