Azərbaycan Rohingya müsəlmanlarına yardım göndərir

14:13 - 8 Sentyabr 2017 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir. FHN-dən verilən məlumata görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.
Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Xəbər xətti