Bayram günlərində Bakıda avtobusların fəaliyyətinə xüsusi nəzarət olunacaq

16:47 - 31 Avqust 2017 - Xəbər

Qurban bayramı günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma fəaliyyətinə nəzarəti təmin etmək məqsədilə xüsusi rejimdə çalışacaq. BNA-dan Trend-ə verilən məlumata görə, Agentliyin əməkdaşları növbəlillik qrafiki əsasında səhər saatlarından axşamadək marşrut avtobuslarının fəaliyyətinə nəzarət edəcəklər.
Bayram günlərində də sərnişinlər 141 çağrı mərkəzinə müraciət edə bilərlər.

Xəbər xətti