Azərbaycan cüdoçusu Orxan Səfərov dünya çempionatında yarımfinala yüksəlib

14:58 - 28 Avqust 2017 - Xəbər

Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb. 26 yaşlı idmançı 1/4 finalda qazaxıstanlı dünya və Asiya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Eldos Smetova qalib gəlib. Sona 30 saniyə qalmış hakim Smetova qeyri-fəal mübarizə apardığı üçün 3-cü xəbərdarlıq edərək, Səfərovu qalib elan edib. 
Azərbaycan təmsilçisi yarımfinalda özbəkistanlı Diyorbek Urozboyevlə qarşılaşacaq. 
Qeyd edək ki, bu gün 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.report

 

Xəbər xətti