Akif Çovdarovun məhkəməsində vəkil çıxış edib

14:00 - 28 Avqust 2017 - Xəbər

 Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən A.Əliyevin vəkili Anar Qasımlı müdafiə çıxışı edib.
Onun sözlərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən iclasda A.Əliyevin vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Proses günü ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S. Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum edilməsini itələb edib.
Prokuror Dövlət Təhlükəsiliyi Xidmətinin verdiyi mülki iddianın təmin edilməsini istəyib. Bundan başqa, zərəçəkmişlərin mülki iddiasında maddi zərərin vurulmasında məhkəmənin mülahizəsinə buraxmasını bildirib, mənəvi zərərin ödənilməsinin təmin olunmamasını xahiş edib.

Xəbər xətti