“Bizim Tarla” Beynəlxalq Mürəbbə Festivalında diplomla təltif edildi

13:57 - 28 Avqust 2017 - Cəmiyyət

Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin də qatıldığı festivalda  dünyanın 22 ölkəsindən, ölkəmizin 44 rayon və şəhərindən iştirakçılar qatılıb.  “Bizim Tarla” stendi də qonaqlar trərəfindən böyük maraqla qarşılanıb. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan bu məhsullar   yerli  meyvələrdən hazırlanır və yüksək keyfiyyəti ilə fərqlənir. “Bizim Tarla” konserv məhsullarınmı almaqla  xanımlar əlavə əziyyət çəkib qış üçün tədarük görməyə bilərlər. Evdə hazırlanmış kimi olan “Bizim Tarla” məhsulları yerli istehlakçılarla bərabər, xarici bazarlarda da rəğbətlə qarşılanır.
Qeyd edək ki, hər zaman qatıldığı festivallarda yüksək qiymətləndirilən “Bizim Tarla” bu dəfə də münsiflər heyəti tərəfindən dəyərləndirilərək, diplomla təltif edilib.


Xəbər xətti