Azərbaycan və Ermənistan dini liderləri Moskvada görüşəcək

12:13 - 28 Avqust 2017 - Xəbər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Melikyan bildirib ki, görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir.
Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkilat edir.

Xəbər xətti