Honq Konqda qasırğa ofislərin, bankların bağlanmasına səbəb oldu

09:38 - 23 Avqust 2017 - Xəbər

"Xato" qasırğası Honq Konqa yaxınlaşıb. Trend-in məlumatına görə, yerli rəsədxana 10 baldan 9 ballıq təhlükə elan edib. Yerli hakimiyyətin qərarı ilə məktəblər, dövlət idarələri, banklar və ofislər bağlanılıb. Həmçinin hava limanında yüzlərlə reys ləğv edilib.

Xəbər xətti