İsrail HƏMAS-ın silah anbarlarına zərbə endirdi

11:26 - 9 İyun 2026 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS Hərbi Dəniz Polisi qərargahına və radikal təşkilata məxsus üç silah anbarına hücum edib.

Ucnoqta.az bildirir ki, İMQ-nin sözçü ofisi bu barədə məlumat verib.

Məlumata görə, obyektdə fəaliyyət göstərən bir neçə terrorçu, o cümlədən HƏMAS-ın hərbi qanadının bölmə komandiri İsmayıl əl-Ləham öldürülüb.

Bundan əlavə, İMQ Qəzza zolağının cənubundakı HƏMAS-ın üç silah anbarına zərbə endirib və onu məhv edib.

Xəbər xətti