Bu gün Azərbaycan millisi 8-ci dəfə San Marino ilə qarşılaşır

10:28 - 9 İyun 2026 - İDMAN

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.

Ucnoqta.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.
Azərbaycan milli futbol komandası ⁠San-Marino yığması ilə indiyədək 7 dəfə qarşılaşıb .Bu oyunların hamısında qələbə qazanıb

Xəbər xətti