Pakistanın cənub-qərbində qatar partlayışı nəticəsində 16 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Ucnoqta.az bildirir ki, Associated Press (APP) bu barədə mayın 24-də polis mənbələrinə istinadən məlumat verib.
Polisin məlumatına görə, partlayış Çaman Pathak stansiyası yaxınlığında sərnişin daşıyan qatar ərazidən keçərkən baş verib.
KİV-in məlumatına görə, partlayış nəticəsində 16 nəfər ölüb, uşaqlar və qadınlar da daxil olmaqla bir neçə nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib və bütün ərazini mühasirəyə alıblar. İstintaq başlayıb. Məlumata görə, partlayış relslər boyunca park edilmiş nəqliyyat vasitələrinə zərər vurub.