61 yaşlı model jurnal üçün açıq-saçıq poza verib

00:45 - 8 Aprel 2026 - MAQAZİN

İtalyan aktrisa və model Monika Belluççi Çinin "Modern Weekly Style" jurnalı üçün açıq-saçıq poza verib. 

Ucnoqta.az xəbər verir ki, paylaşım onun İnstaqram səhifəsində dərc edilib.

61 yaşlı məşhur güzgü qarşısında ağ kombinezon və mini şort geyinmiş vəziyyətdə şəklini çəkib. Geyim çiyinləri açıq və krujeva ilə bəzədilib. Ulduz saçlarını aşağı salıb və qəhvəyi makiyaj edib.

O, həmçinin kamera qarşısına açıq boz don və şəffaf taytlarla çıxıb və şişirdilmiş qolları olan qəhvəyi don geyinib.
 

Xəbər xətti