ABŞ təyyarədaşıyan gəmisinə 17 fərqli istiqamətdən hücum etdilər - Tramp

18:46 - 28 Mart 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranın Amerika təyyarədaşıyan gəmilərindən birinə 17 fərqli istiqamətdən hücum etməsi barədə danışıb.

Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı Mayamidə keçirilən investisiya forumundakı çıxışı zamanı verib.

"Su üzərindəki çox dəyərli obyektimizə, yəni dünyanın ən böyük təyyarədaşıyan gəmisinə 101 raket atılıb. Onlar bizə 17 fərqli istiqamətdən hücum ediblər. Biz canımızı qurtarmaq üçün qaçdıq" - Tramp deyib.

Amerika lideri hansı gəmidən və ya əməliyyatın dəqiq tarixindən danışdığını dəqiqləşdirməyib.

Xəbər xətti