ABŞ Ali Məhkəmənin qərarından sonra qüvvədə qalan tarifləri daha aqressiv şəkildə tətbiq edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib.
Amerika liderinin sözlərinə görə, ABŞ Ali Məhkəməsinin tariflərlə bağlı qərarı administrasiyaya daha böyük səlahiyyət və güc verib.
Ağ Ev rəhbəri qeyd edib ki, o, lisenziyalardan istifadə edərək digər ölkələrə, xüsusən də onilliklər boyu ABŞ-dan mənfəət əldə edən ölkələrə qarşı tamamilə dəhşətli şeylər edə bilər.
ABŞ prezidenti qeyd edib ki, məhkəmə bütün digər tarifləri də qüvvədə saxlayıb, onların sayı çoxdur və onlar qanuni olaraq əvvəlcə tətbiq etdiyimizdən daha güclü və sərt şəkildə istifadə edilə bilər.