Astarada baş verən qəzada 1 nəfər ölüb, xəsarət alanlar var.
Ucnoqta.az xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 11 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Rayonun Kijəbə qəsəbə sakini Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, Təngərüd kənd sakini 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsinin sürücüsü K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və nəqliyyat vasitəsinində sərnişini, Astara rayonunun Kijəbə qəsəbə sakini 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. İlkin tibbi müayinədən sonra hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə təxliyə ediliblər.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.