Sabahdan MİQ imtahanları başlayır: Namizədlərə müraciət olundu

20:22 - 2 İyul 2025 - Xəbər

Sabahdan Müəllimlərin işə qəbul imtahanları (MİQ) start görürür. İmtahanlar iyulun 3-10-u aralığında keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, İnsan Resursları Mərkəzi imtahanda iştirak edəcək namizədlərə müraciət edib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində qeyd edilən məsələlərin nəzərə alınması tələb olunur.

İmtahan ümumilikdə 100 ballıq sistemlə qiymətləndiriləcək.

"Namizədlərə ixtisas üzrə 40 sual (hər biri 2 bal) və tədris metodikası üzrə 20 sual (hər biri 1 bal) təqdim olunacaq. İmtahan müddəti 150 dəqiqədir.


Xəbər xətti