İran prezidenti Məsud Pezeşkian bir daha vurğulayıb ki, Tehran beynəlxalq arenada qarşıdurma istəmir, İslam Respublikası həmişə körpülər tikməyə çalışıb, “divarlar tikmir”.
Ucnoqta.az xəbər verir ki, o, bu abrədə X-də yazıb:
"İran gözəlliklə doludur. Dostluq hər addımda görünür. Biz həmişə millətlərlə körpülər qurmağa çalışmışıq, divar çəkməyə yox. Biz müharibə tərəfdarı olmasaq da və həmişə sülhün tərəfdarı olsaq da, sərhədlərimizi, təhlükəsizliyimizi və xalqımızı qorumaq əzmindəyik”, - deyə İran prezidenti əlavə edib.