Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçiriləcək.

16:21 - 2 İyul 2025 - ÖLKƏ İÇİ

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və bu il keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Mil-Muğan RTİ-nin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb.

Komissiyaya müraciət edən müəllimlərlə görüşlər 02-31 iyul 2025-ci il tarixlərində həftənin I-V günləri saat 14:00-dan 17:00-dək İdarənin inzibati binasında (Sabirabad şəhəri 20 Yanvar küçəsi 9) baş tutacaq.

Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.

Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.

Xəbər xətti