Ermənistan Rusiya dondurmalarına qadağa qoydu

15:41 - 2 İyul 2025 - DÜNYA

Ermənistan Rusiyanın “Factory of Real Ice Cream” (“Korovka” brendi) şirkətinin bəzi növ məhsullarının idxalını müvəqqəti olaraq qadağan edib.

Ucnoqta.az-ın erməni mətbuatına istinadən xəbərinə görə, Qida Təhlükəsizliyi Müfəttişliyi xəbər verir ki, iyulun 2-dən etibarən “Vanilli Şokolad-Kremli Eskimo Plombir Glaze” dondurmasının idxalına müvəqqəti qadağa tətbiq edilib.

Tənzimləyici qeyd edir ki, partiya koliform bakteriyalar baxımından Gömrük İttifaqının texniki reqlamentləri ilə müəyyən edilmiş standartlara cavab vermirdi.

Xəbər xətti