26 mindən çox tələbə qız kreditdən istifadə edib

12:50 - 2 İyul 2025 - Cəmiyyət

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.

Ucnoqta.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov Laçında keçirilən Qadınlar Forumu çərçivəsində panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemini ən böyük sistem adlandırmaq olar. O bildirib ki, hazırda ölkədə 1,6 milyon şagird, milyonlarla tələbə təhsil alır. 

E.Nasibov qeyd edib ki, ölkə universitetlərində cari olaraq tələbələrin 52,1 faizini qızlar təşkil edir. Bu göstərici peşə təhsili sahəsində isə 36 faizdir. O, əlavə edib ki, bu rəqəmin 40 faizə çatdırılması planlaşdırılır.

Təhsilin İnkişafı Fondunun sədri, həmçinin bildirib ki, 2023-2024-cü illərdə 26 mindən çox tələbə qız tələbə kreditindən istifadə edib: “2024-2025-ci illərdə isə bu vəsaitdən istifadə edənlərin 61 faizini qızlar təşkil edib”.

Xəbər xətti