Amansızlıqla öldürülən Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub

11:11 - 2 İyul 2025 - Cəmiyyət

Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb.

“Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb”, - Pərviz Cəlilov vurğulayıb.

Xəbər xətti