ABŞ prezidenti Donald Tramp yaxın bir neçə saat ərzində Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı sərəncam imzalayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib. Levitt bildirib ki, Amerika administrasiyası isə Ərəb Respublikasının keçmiş prezidenti Bəşər Əsəd və onun tərəfdaşlarına tətbiq edilən məhdudiyyətləri qüvvədə saxlayacaq.
“Prezident Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı sərəncam imzalayacaq, bu səylər ölkənin sabitlik və sülh yolunda irəliləyişini dəstəkləməyə yönəlib. Sərəncam Suriyaya qarşı sanksiyaları aradan qaldıracaq, lakin keçmiş prezident Əsəd və onun tərəfdaşlarına qarşı sanksiyalar qüvvədə qalacaq”, o deyib.