"Çelsi" darmadağınla pley-offa yüksəldi

07:54 - 25 İyun 2025 - İDMAN

İngiltərənin "Çelsi" klubu futbol üzrə Klublararası Dünya Çempionatının qrup mərhələsinin üçüncü tur matçında Tunisin "Esperans" klubuna 3:0 hesabı ilə qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Filadelfiyada (Pensilvaniya, ABŞ) baş tutub.

İlk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə hesabı Tosin Adarabioyo açıb, Liam Delap (45+5) və Tayreke Corc (90+7) da qollara imza atıb. Delap "Celsi" üçün debüt qolunu vurub.

2024/25 mövsümündə hücumçu 42 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Çelsi" 6 xal toplayaraq D qrupunda ikinci yeri tutaraq turnirin pley-off mərhələsinə yüksəlib. “Esperans” üçüncü yeri tutub (3 xal). Qrupun digər oyununda Braziliya “Flamenqo”su ABŞ-ın “Los Anceles”i ilə heç-heçə edib, “Flamenqo” 7 xalla birinci, “Los-Anceles” bir xalla dördüncü olub. 1/8 finalda "Flamenqo" Almaniyanın "Bavariya", "Çelsi" Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq.

Xəbər xətti