Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, ABŞ-ın zərbələri nəticəsində Tehranın nüvə proqramı əhəmiyyətli dərəcədə geri çəkilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, Fox News telekanalında deyib.
“Mən düşünürəm ki, İranın nüvə proqramı əhəmiyyətli dərəcədə geri çəkilib”.
Bununla belə, Qrossi əlavə edib ki, o, proqramın illərlə geri çəkildiyini əminliklə deyə bilməz.
"Biz onların nə etmək istədiklərini görməliyik. Onlar əllərində olanı bərpa etmək istəyirlərmi?" -AEBA baş direktoru İranın nüvə obyektlərini bərpa etmək imkanından danışaraq əlavə edib.