Kipr sahillərində zəlzələ olub

18:56 - 23 İyun 2025 - DÜNYA

Kiprin cənub-şərq hissəsindən bir neçə onlarla kilometr aralıda Aralıq dənizində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ada dövlətinin Kənd Təsərrüfatı Nazirliyinin geoloji xidməti məlumat yayıb.

Bildirilib ki, 23 iyun 2025-ci il yerli vaxtla saat 15:37-də idarənin seysmoloji şəbəkəsi tərəfindən 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Təbii fəlakətin episentri Paralimni şəhərindən 57 km cənubda, ocağı isə 20 km dərinlikdə yerləşib.

Dağıntılar və tələfat barədə məlumat yoxdur.

Xəbər xətti