Prezidentlər məqsədəuyğun hesab edərsə, Putin və Tramp istənilən vaxt bir-biri ilə əlaqə saxlaya bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmotri Peskov deyib. Peskov qeyd edib ki, lakin hazırda bununla bağlı plan yoxdur.
"Putinlə Tramp arasında görüş anı yalnız liderlərin qəbul edə biləcəyi qərarlar və razılaşmalar hazırlandıqdan sonra gələcək".
Peskov bildirib ki, Putin və Tramp bir-birlərinə ani zənglərə açıqdırlar və bunun üçün təhlükəsiz rabitə kanalları var.