İran İsrailə zərbələr endirib

10:40 - 22 İyun 2025 - DÜNYA

İran İsraildə Ben Qurion hava limanına, bioloji tədqiqat mərkəzi və komandanlıq mərkəzlərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim SEPAH-a istinadən məlumat yayıb.

Qeyd olunur ki, Hayfaya da ballistik raket zərbəsi endirilib. Hücum nəticəsində azı 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Dağıntılar şəhərin bir neçə yerinə düşüb. Hazırda zərbə yerlərində axtarış tədbirləri davam etdirilir. 

ID-nin məlumatına görə, Təl-Əvivdə də dağıntılar var - orada bir neçə binaya ziyan dəyib. Dağıntılar altında insanlar ola bilər. Ümumilikdə, Fars agentliyinin məlumatına görə, İran 27 raket atıb.

Hücumdan sonra İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, ölkənin Hərbi Hava Qüvvələri artıq İranın qərbindəki hərbi obyektlərə ardıcıl cavab zərbələri endirməyə başlayıb.

Xəbər xətti