Hindistanda göyərtəsində 168 sərnişin olan təyyarə təcili eniş etdi

18:07 - 21 İyun 2025 - DÜNYA

Hindistanın “IndiGo” aviaşirkətinə məxsus, Quvahatidən Çennaya daxili reyslə uçan “Airbus A321” təyyarəsi yanacaq səviyyəsinin kəskin aşağı olması səbəbindən uçuş zamanı qəza siqnalı verib və Banqalorda təcili eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 168 sərnişin olub. Banqalor Beynəlxalq Hava Limanına eniş uğurlu olub, itki yoxdur. Hadisədən sonra pilotlar müvəqqəti olaraq qrafikdən kənarlaşdırılıb.

Xəbər xətti