BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərə baş çəkib

15:21 - 19 İyun 2025 - Cəmiyyət

İyun ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi errməni əsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə Ucnoqta.az-a BQXK-dan bildirilib.

Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb və onlar ailələrindən bağlamalar alıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", məlumatda deyilir.

Qeyd edək ki, iyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini yaxın vaxtlarda dayandıracağı barədə məlumat yayıb.

Xəbər xətti