Valid Mustafayev Naxçıvanda yüksək vəzifəyə TƏYİN OLUNDU

11:15 - 19 İyun 2025 - Xəbər

Azərbaycanın prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

Ucnoqta.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan MR Sədərək rayon prokuroru Valid Mustafayev tutduğu vəzifədən azad edilib.

Digər əmrlə, Valid Mustafayev Naxçıvan MR Prokurorluğunun DTX, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub.


Xəbər xətti