İtaliyanın “Yuventus” klubu Klublararası dünya çempionatının qrup mərhələsinin ilk oyununda BƏƏ-nin “Əl Ayn” klubunu 5:0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma Vaşinqtonda baş tutub.
Qolları Randal Kolo Muani (11-ci dəqiqə, 45+4), Çiko Konseysao (21, 58) və Kənan Yıldız (31) vurub.
"Yuventus" G qrupunun turnir cədvəlinə başçılıq edir.