Kütləvi qida zəhərlənmələri ilə bağlı araşdırma aparılır - Prokurorluq

11:27 - 18 İyun 2025 - Cəmiyyət

İaşə obyektlərində kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar daxil olduqda ilk növbədə bu hallar qeydiyyata alınır. Daha sonra vətəndaşların xəstəxanaya yerləşdirilməsi təmin edilir. Ardınca zəhərlənməyə səbəb ola biləcək qidalarla bağlı ekspertiza həyata keçirilir. Belə hallarda zəhərlənmələr kütləvi xarakter daşıyır.

Ucnoqta.az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev sosial şəbəkədə canlı yayımda deyib.

İdarə rəisi qeyd edib ki, ötən il Sumqayıt və Gəncə şəhərlərində təhsil müəssisələrində kütləvi qida zəhərlənmələri baş verib. Bu hallar qida məhsullarının emalı zamanı gigiyena qaydalarına əməl edilməməsi nəticəsində yaranıb: 

"Belə hallarda prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilir və məsul şəxslər inzibati məsuliyyətə cəlb olunur", - deyə o bildirib.

Xəbər xətti