Bakıda faciəli hadisə baş verib.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb.
Orada müalicə alan, Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.