Rusiyada yumurta ən azı dörd dəfə ucuzlaşıb.
Ucnoqta.az xəbər verir ki, mağazalarda on yumurtanın qiyməti 32 rubla (0.7 azn) qədər ucuzlaşıb.
Bildirilir ki, maya dəyərinin aşağı olmasının səbəbi yay aylarında yumurtaya tələbatın kəskin azalmasıdır. Tələb təklifi üstələmir və şirkətlər qiymətləri aşağı salmağa məcbur oldular.
Ucuzlaşmanın digər səbəbi kimi həm də yumurtanın təkrar emalının şirkətlər üçün xeyli baha başa gəlməsidir.