Məşhur futbolçu Bernard Lakomb vəfat edib

08:45 - 18 İyun 2025 - Xəbər

Fransa milli futbol komandasının tərkibində 1984-cü ildə futbol üzrə Avropa çempionu Bernard Lakomb 72 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Lakombun 1969-1978-ci illərdə çıxış etdiyi "Lion"un mətbuat xidməti məlumat yayıb.

Ölümün səbəbləri açıqlanmır.

Lakomb həmçinin Fransanın “Sent-Etyen” və “Bordo” klublarında da çıxış edib.

 Lakomb 255 qolla Fransa çempionatı tarixinin ən yaxşı bombardirləri siyahısında ikinci, bu göstəricidə lider Delio Onnisdir (299 qol). Fransa millisinin heyətində Lakomb 38 oyun keçirib və 12 qol vurub.

Xəbər xətti