Bir ay əvvəl yanğında xəsarət alan 13 yaşlı qız ölüb

19:16 - 13 May 2025 - ÖLKƏ İÇİ

Sabirabadda bir ay əvvəl yanan evdə xəsarət alan 13 yaşlı qız ölüb.

Ucnoqta.az xəbər verir ki, aprelin 10-da Sabirabadın Bala Həşimxanlı kəndində Məmmədovlar ailəsinə məxsus evin yanması nəticəsində xəsarət alan 2012-ci il təvəllüdlü Yasəmən Məmmədli Bakıda xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Ağır yanıq xəsarətləri alan ailə üzvlərindən biri - 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı isə Bakıda xəstəxanaya köçürülüb.

Xəbər xətti