Səhiyyə naziri sağlamlıq üçün təhlükəli olan parkda çimdi - FOTO

10:43 - 13 May 2025 - Xəbər

ABŞ Səhiyyə naziri kiçik Robert Kennedi nəvələri ilə suyun bakteriyalarla dolu olduğu və sağlamlıq üçün təhlükəli olduğu parkda çimib.

Ucnoqta.az xəbər verir ki, nazir səfərdən fotoları sosial şəbəkədə yerləşdirib. İstigadəçilər şərhlərdə yazıya ABŞ Milli Parklar Xidmətindən xəbərdarlıqla qeyd əlavə ediblər.

Bildirilir ki, bu parkda (Vaşinqtondakı Rok Krik) su bakteriyalarla doludur və sağlamlıq üçün təhlükəlidir və orada üzmək qadağandır. Yerli media isə yazır ki, bu su anbarı üçün belə bir qadağa 50 ildən artıqdır ki, qüvvədədir.


Xəbər xətti