COP29 zamanı bağçaların fəaliyyəti dayandırılacaq? - Nazirdən açıqlama

11:02 - 10 Sentyabr 2024 - Cəmiyyət

Elm və təhsil naziri COP29 zamanı bağçaların fəaliyyəti məsələsinə aydınlıq gətirib.

Ucnoqta.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, işləyən analar üçün bağçalar olduqca önəmlidir.

"Buna görə də COP29 tədbirləri günlərində bağçaların fəaliyyətinin tamamilə dayandırılması nəzərdə tutulmayıb" - nazir qeyd edib.

Emin Əmrullayev qeyd edib ki, sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər:

"Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən, valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürürlər. Amma ümumilikdə tədbir zamanı bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur".

Xəbər xətti