“Paris-2024” Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Loren Alfonso Domingesin paylaşımı birmənalı qarşılanmayıb.
Ucnoqta.az xəbər verir ki, boks yarışlarında gümüş mükafat qazanan kubalı idmançı tənqidlərə sosial şəbəkə hesabında belə cavab verib:
“Bəli, bilirəm ki, əcnəbiyəm, amma Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm və sizin ölkəniz üçün etmədiyinizi edib, Azərbaycan bayrağını yüksəklərə qaldırmışam. tamam,tamam,tamam” - deyə cavab verib.
Onun tənqidlərə bu cür reaksiyası isə izləyicilər tərəfindən müzakirələrə səbəb olub.