Suriya prezidentinin həyat yoldaşına leykoz diaqnozu qoyulub

13:06 - 21 May 2024 - Xəbər

Mütəxəssislər Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə kəskin miyeloid leykemiya (leykoz) diaqnozu qoyublar.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatı məlumat yayıb.

Əsədin ofisi bildirib ki, Suriya liderinin həyat yoldaşı “müvafiq sosial məsafəni qoruyaraq təcrid olunmağı əhatə edən xüsusi müalicə kursundan keçəcək”. Müalicə müddətində Suriyanın birinci xanımı rəsmi tədbirlərdə iştirak etməyəcək.

Xəbər xətti