Dünya çempionatının ikiqat mükafatçısı vəfat edib

10:57 - 21 May 2024 - Xəbər

Almaniya millisi ilə dünya çempionatının ikiqat mükafatçısı Karl-Haynts Şnellinqer 85 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Şnellinqer Milanda xəstəxanada dünyasını dəyişib.

Şnellinqer Almaniyanın "Köln" və "Tennis Borussia" (Berlin), İtaliyanın "Mantova", "Roma" və "Milan" klublarında çıxış edib.

Almaniya millisinin tərkibində 1966-cı il dünya çempionatının gümüş, 1970-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub.

Xəbər xətti