4,5 il daha çox yaşayacağıq - ARAŞDIRMA

00:16 - 21 May 2024 - Cəmiyyət

Alimlərin apardığı araşdırma qlobal ömür uzunluğu ilə bağlı yeni proqnozlar ortaya qoyub.

Ucnoqta.az xəbər verir ki, “The Lancet” jurnalında dərc olunan yazıya görə, araşdırma çərçivəsində 204 ölkədə risk faktorlarını araşdıran 2021 Qlobal Xəstəlik Yükü Araşdırmasının nəticələri müzakirə edilib.

Alimlər müəyyən ediblər ki, 2022-2050-ci illər arasında bütün dünyada gözlənilən ömür uzunluğu təxminən 5 il artacaq. Qadınların ömrünün 76,2 yaşdan 80,5 yaşa, kişilərin isə 71,1 yaşdan 76 yaşa qədər artacağı təxmin edilir. Gender-neytral hesablamalara görə, bu müddət ərzində 4,5 il, 73,6-dan 78,1 yaşa qədər artım olacaq.

Xəbər xətti